
3-cü tur.Azərbaycan - Fide Dünya (5-7)
Bu gün Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş "Prezident kuboku" beynlxalq şahmat turnirində 3-cü turun oyunları keçirilmişdir.
3-cü turda Kramniklə görüşdə məğlub olan Qədir Hüseynovdan başqa digər oyunlarda rəqiblər sülh bağlayıblar. Belə ki, Dünya çempionu Vişvanatan Anand Şəhriyar Məmmədyarovla, Azərbaycan seçməsinin lideri Teymur Rəcəbov Aleksey Şirovla, Sergey Karyakin isə Vüqar Həşimovla xalları yarı bölüblər. 3-cü turdan sonra FİDE-nin seçmə komandası 7-5 hesab ilə irəlidədir.